Naxçıvan Futbol Federasiyasının yeni prezidenti Zaur Axundov «Araz-Naxçıvan»da görüş keçirib.
İki ay öncə bölgə futbolunun rəhbərliyinə gətirilmiş rəhbər komandanın Premyer Liqanın dördüncü turunda «Neftçi» ilə 1:1 oynamasını yüksək qiymətləndirib.
O, komandanın rəqibdən üstün təsir bağışladığını, sırf təsadüf nəticəsində qələbəni əlindən qaçırdığını və buna çox təəssüfləndiyini bildirib.
«Artıq «Neftçi»ni unutmaq lazımdır» söyləyən NFF-nın birinci şəxsi qeyd edib ki, «Araz»a hər cür şərait yaradılıb və qarşılığında gözləntiləri böyükdür.
Axundov ona «mükafat olacaqmı» sualı verən futbolçularla şərti şumda kəsib.
Sitat: «Gələn tur «Sumqayıt»ı səfərdə udun, ikiqat mükafat verəcəm, heç kim narahvat olmasın».
Onun bu vədi kollektiv tərəfindən məmnunluqla qarşılanıb.
SPORTİNFO.AZ