COP29

"Neftçi" ilə qarşılaşmada hər kəs bunu aydın gördü"

30 Avqust 14:00 Araz-Naxçıvan 1 248
"Neftçi" ilə qarşılaşmada hər kəs bunu aydın gördü"

"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Miço Kuzmanoviç Premyer Liqanın 4-cü turunda "Neftçi" ilə bərabərə qaldıqları (1:1) qarşılaşma haqda Sportinfo.az-a müsahibə verib.

- Oyunu necə şərh edərdin?

- Maraqlı qarşılaşma oldu. Məqsədimiz 3 xal idi. "Neftçi" önündə bunun üçün yaxşı fürsətimiz olduğunu bilirdik. Amma son dəqiqələrdə qol buraxdıq. İndi növbəti oyunlara köklənmək vaxtıdır. Gələcək oyunlarda son saniyələrə qədər mübarizə aparacağıq.

- 3 xalı son saniyələrdə əldən verdiniz. Buraxılan qol epizodunda yaşananlar barədə nələr deyə bilərsən?
- Məncə, bütün oyuna diqqətimizi cəm edə bilmədiyimiz üçün 3 xalı itirdik. Bu məqam barədə isə danışmaq istəmirəm. Çünki oyunu izləyən hər kəs bu məqamı görüb. Hər kəsin də bu barədə öz fikri var.

- Qələbəni bu formada əldən vermək psixoloji olaraq növbəti oyunlarda sizə mənfi təsir edə bilərmi?

- Xeyr, mənfi təsir edə bilməz. Əksinə, daha diqqətli olub və matçların taleyini daha tez bitirməyə çalışacağıq. Bəlkə, daha bir qol vursaydıq oyun xeyrimizə bitəcəkdi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti