COP29

Gözümüzü bu komandadan çəkməyək, yaxşı işlər görəcəklər

25 Avqust 22:05 Araz-Naxçıvan 2 097
Gözümüzü bu komandadan çəkməyək, yaxşı işlər görəcəklər

Ötən mövsüm «Araz-Naxçıvan» üçün ən asan rəqib «Neftçi» oldu.

Üz-üzə gəldikləri dörd matçdan üçünü qazandılar.

Onda sükan arxasında Azər Bağırov idi. «Neftçi»ni məğlub etməyin düsturunu asanlıqla tapmışdı. «Araz»ı qənimə çevirmişdi.

Bu gün baş məşqçi Elmar Baxşıyevdir. Azər Bagırovun qələbə distrunu mənimsəyib. Ötən gün ənənəyə sadiqliyin tezislərini nümayiş etdirməkdən çəkinmədi.

«Araz-Naxçıvan» Mərdəkanda qalibiyyətə ən yaxın və ən layiqli olan tərəf idi. Yaydakı transferlərlə heyəti gücləndirmiş Baxşıyevin halına acıdığımı etiraf edirəm.

Sezonun dördüncü turunda birinci dəfə yaxşı futbol oynadılar, təhlükəli epizodları sıraladılar, axır məqamda talesiz bir qolla 3 xalı qaçırdılar.

Feyr-pleyə əməl olunmadı, Baxşıyev əsəblərinə nəzarəti itirdi, rəqiin ünvaına təhqiramiz ifadələr işlətdi, önündə İnqilab Məmmədovun qırmızı vərəqəsini gördü, texniki zonanı tərk etdi - bu cür sonluq dəhşətli ssenarini xatırladır.

Səbr Allahın bəyəndiyi yanaşmadır. Elmar Baxşıyevə hirsini boğması lazımdır. «Araz-Naxçıvan» bu cür oynayacaqsa, qələbələr gələcək.

Tədricən Ramon Maçado-Felipe Santos-Niko Kuzmanoviç triosu yaranmaqdadır. Ümumiyyətlə, «Araz»da səviyyəli futbolçuların sayı çoxdur.

Bu komanda çempionata rəng qatacaq, sadəcə, sıra sayı düzəltməyəcək. Gözümüzü «Araz»dan çəkməyək, yaxşı işlər görəcəklər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti