"Araz Naxçıvan" mövsümdə ilk qələbəsini Premyer Liqanın ikinci turunda "Şamaxı" üzərində qazandı - 1:0.
Lakin bunun davamını gətirmək mümkün olmadı.
Yox, komanda növbəti turda uduzmadı. Sadəcə, "Zirə" ilə matçı təxirə salındı.
Səbəb "qartallar"ın Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarına daha yaxşı hazırlaşması idi.
Maraqlıdır, bəs bu məqam Muxtar respublika təmsilçisinin planlarına necə təsir etmiş oldu?
Sorğumuza cavab olaraq "Araz"ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Avrokuboklarda oynayan komandalarımızı anlayışla qarşılamaq lazımdır. Bəli, bizim üçün boşluq yarandı.
Belə hallar qaçılmazdır. İkitərəfli oyunla həftəni başa vurduq.
Ona görə də oyun baxımından problem olmayacaq, inşallah. 10 günlük ara o qədər də böyük vaxt sayılmamalıdır".
XANOĞLAN