COP29

“Məni Azərbaycanda heç bir problem gözləmir”

15 Avqust 23:00 Araz-Naxçıvan 2 727
“Məni Azərbaycanda heç bir problem gözləmir”

“Bir illik aradan sonra yenidən Azərbaycana qayıtdım.

Premyer Liqada bəzi dəyişiklər diqqətimi çəkdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yeni hücumçusu Ramon Maçado deyib.

Öncəki illərdə “Neftçi” və “Qəbələ”nin formasını geyinmiş braziliyalı forvard budəfəki dönüşünün uğurlu alınacağına inandığını bildirib:

“Biz hələ çempionatın ilkin mərhələsindəyik. Amma liqanın daha güclü, daha rəqabətli olduğunu müşahidə etdim.

“Araz-Naxçıvan” da iddialıdır. Təklif gələndə, öyrəndim ki, bu klub yüksək yerlər uğrunda mübarizə aparacaq.

“Araz”da əvvəldən tanıdığım məşqçi və futbolçular var. Yenidən onlarla bir yerdə olmağıma şadam.

Vuracağım qollarla “Araz”ı məqsədinə çatmağa kəmək etmək istəyirəm. Premyer Liqanı yaxşı tanıyıram.

Məni burada adaptasiya kimi heç bir problem gözləmir. Yeni komandamda ilk qolumu “Şamaxı”ya vurdum, amma bu, son deyil, başlanğıcdır”.

Muxtar respublika təmsilçisi Ramon Maçado ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı hücumçu Naxçıvan klubuna Malayziya təmsilçisi

“Sabah”dan gəlib. Azərbaycan Premyer Liqası 33 yaşlı “sambaçı”ya yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb.

Ümumilikdə isə “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta”da da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…