COP29

Yeni prezident onun xahişini yerinə yetirən futbolçulara BÖYÜK ƏNAM VERDİ

13 Avqust 15:00 Araz-Naxçıvan 1 060
Yeni prezident onun xahişini yerinə yetirən futbolçulara BÖYÜK ƏNAM VERDİ

Naxçıvan Futbol Federasiyasının yeni prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın futbolçularına jest edib.

O, Premyer Liqanın 2-ci turunda «Şamaxı»ya 1:0 hesabıyla qalib gələn komandaya mükafat verib.

Ramon Maçadonun qoluyla 3 xal qazanan Muxtar Respublika təmsilçisi 40 min manat irəli düşüb.

Zaur Axundov bu oyundan qabaq «Araz-Naxçıvan»ın məşqçi və futbolçuları ilə görüş keçirib.

O, qardaşı Ramin Axundovun prezidenti olduğu klubun yeni mövsümlə bağlı planlarını müzakirə edib.

Qurumun başqanı komandadan gözləntilərini dilə gətirib.

Premyer Liqanın ilk turunda «Qarabağ»a 1:4 hesablı məğlubiyyəti yaddan çıxarmağı tövsiyə eləyən Z.Axundov bildirib ki, qarşıya qoyulan məqsəd yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

Rəhbər şəxs «Şamaxı» ilə matça qələbə qazanılmasını istəyib:

«Bu oyunu mənə görə udmalısız. Bilirəm ki, prinsipial bir oyun olacaq.

«Şamaxı»nı udmaq çox vacibdir. Mən sizlərə inanıram. Əminəm ki, məni stadiondan qələbə ilə yola salacaqsız».

«Şamaxı» keçmiş «Keşlə»nin bazası əsasında formalaşdırılıb. Hansı ki, həmin klubun Müşahidə Şurasının sədri məhz Z.Axundov olub.
İş adamı bir neçə il şəxsi vəsaitini «Keşlə»nin yolunda xərcləyib.

2022-ci ilin yazında klub Şamaxıya köçüb və adını dəyişib. Ondan sonra naxçıvanlı funksioner də postundan gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…