COP29

Naxçıvan klubu “20”ni salamladı – “Şahdağ”dan “Şamaxı”ya kimi

12 Avqust 14:20 Araz-Naxçıvan 559
Naxçıvan klubu “20”ni salamladı – “Şahdağ”dan “Şamaxı”ya kimi

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 20-ci qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın II turuna təsadüf edib.

Naxçıvan təmsilçisi evdə “Şamaxı”nı üstələyib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub.

“Araz-Naxçıvan” evdə 15-ci qalibiyyətini qazanıb. Digər 5 belə nəticə səfərdə gerçəkləşib.

Naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…