COP29

Ailəsi azərbaycanlı futbolçuya Azərbaycan pasportu almaq üçün vəkil tutdu

11 Avqust 15:15 Araz-Naxçıvan 2 865
Ailəsi azərbaycanlı futbolçuya Azərbaycan pasportu almaq üçün vəkil tutdu

«Turan Tovuz»un daha bir legioneri Azərbaycan vətəndaşlığı almaq üçün hərəkətə keçib.

Ayxan Quseynov bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

2022-ci ildən Premyer Liqadada forma geyinən yarımmüdafiəçi legioner statusundan xilas olmaq iddiasındadır. Ailəsi hüquqi proseduru aparmaq üçün ona vəkil tutub.

1999-cu il təvəllüdlü futbolçu Rusiya doğumludur.

Hazırda da valideynləri qonşu ölkədə yaşayır. Ayxanın atası və anası azərbaycanlıdır. İllər əvvəl buradan Rusiyaya köçüblər.

Tovuz təmsilçisinin digər oyunçusu Eltun Turabov bir neçə ay öncə vətəndaşlığını dəyişib. Vaxtilə gənclər yığmamızın formasını geyinmiş müdafiəçi bu problem üzündən 1 ilə yaxın yaşıl sahələrdən uzaq qalıb.

Belə ki, AFFA tərəfindən ona verilən pasportun müddəti bitdiyi üçün yerli statusu ilə meydana çıxa bilmirdi. Gənclər və İdman Nazirliyi Gürcüstanda dünyaya gəlmiş Turabovu yenidən Azərbaycan vətəndaşlığı alması üçün xeyli yubatdı.

İndi də Ayxan Quseynov eyni problemlə üzləşməsə yaxşıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…