COP29

"O hədəfi "Qarabağ" deyə bilər" - Elmar Baxşıyev

10 Avqust 21:35 Araz-Naxçıvan 1 693
"O hədəfi "Qarabağ" deyə bilər" - Elmar Baxşıyev

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 2-ci turunda öz meydanında "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Hər iki komanda hücum futboluna üstünlük verirdi. "Şamaxı" yeni komanda olsa da, bilirik ki, Ayxan Abbasov həmişə əzmkar kollektiv formalaşdırır. Ona görə də komandanı həftə ərzində ağır oyuna kökləyirdik. Futbolçular verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışırdı. Getdikcə daha yaxşı səviyyəyə qalxacağıq. Bu komanda yaxşı siqnallar verir. Futbolçularımı təbrik edirəm. İlk qələbəmizdir. İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmaq lazımdır.

- Futbolçularınız sanki yorğun görünürdü...

- Oyunun tempini futbolçularım qaldırıb-salırdı. Amma yorğunluq yox idi. Hələ ikinci turdur, komanda tam hazır ola bilməz. Təlim-məşq toplanışında iki oyun keçirmişik. Ümumi dördüncü matçımızdır. Getdikcə daha optimal formaya yaxınlaşacağıq.

- İlk turla müqayisədə qapıda dəyişiklik etdiniz. Bunun səbəbi nədir?

- Tərlanı ötən oyundakı səhvinə görə ehtiyatda saxlamadıq. Hər iki qapıçı "bir nömrə"dir. İkisinə də şans verəcəyik.

- Çempionatda hədəfiniz nədir?

- Hədəf ikinci tura görə deyilmir. O hədəfi "Qarabağ" deyə bilər. Onlarda neçə illərin oturuşmuş heyəti var. Bizim kimi komandalar növbəti oyuna köklənir. Oynadıqca, qələbələr qazandıqca hədəfdən danışmaq mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…