COP29

Premyer Liqa klubunun köç etdiyi yeni ünvan narazılıqla qarşılandı

8 Avqust 19:40 Araz-Naxçıvan 2 166
Premyer Liqa klubunun köç etdiyi yeni ünvan narazılıqla qarşılandı

BOS-un qapılarının klublarımızın üzünə bağlanmasını xəbər vermişdik.

Bunun səbəbi noyabrda ölkəmizdə keçiriləcək "COP29" tədbiridir.

Sayca 29-cu olan tədbirin hazırlıqlarına ötən aydan start verilib və bu proses dekabra qədər davam edəcək.

Belədə idman qurğusunun futbol meydançalarından istifadə edən "Araz Naxçıvan" özünə yeni məkan tapmaq məcburiyyətində qalıb.

Ev oyunlarını Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirən Muxtar Respublika klubu birinci turun "Qarabağ"la matçına hazırlıqlarını Sumqayıtda həyata keçirmişdi.

Amma buranın da ömrü uzun olmayıb.

"Sumqayıt" qarşı tərəfə öz meydançasını uzun müddətli istifadə üçün verə bilməyəcəyini bildirib.

Yenidən stadion axtarışına çıxan "Araz" bu dəfə Buzovnaya pənah aparmalı olub.

Bir müddət əvvəl təmirdən çıxan "Gənclik" stadionunda məşqlərin keçirilməsi qərara alınıb.

Təbii örtüklü meydanda ötən sezon 2-ci liqada çıxış edən "Baku Sportinq”in ev oyunlarını keçirirdi.

Klub bu ildən Birinci Liqada gücünü sınayacaq. Və rəqiblərini burada qəbul edəcək.

Naxçıvan təmsilçisinin Buzovna stadionuna nə vaxta qədər möhtac qalacağı da məlum deyil.

Çünki bərbad durumda olan ot örtüyü futbolçularda narazılıq yaradıb.

Ehtimal var ki, daha yaxşı şəraiti olan meydançaya növbəti köç baş tutsun.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…