COP29

"Bu vəzifə elə bil, onun əyninə biçilib" - VİDEO

30 İyul 17:40 Araz-Naxçıvan 1 230
"Bu vəzifə elə bil, onun əyninə biçilib" - VİDEO

«Bundan sonra tam əminliklə deyə bilərik ki, Naxçıvan futbolunda yeni dönəm başlayacaq».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

Bilindiyi kimi, bugünlərdə Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib.

iclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, Gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Federasiya prezidenti vəzifəsinə Axundov Zaur Sənan oğlunun namizədliyini irəli sürüdüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq, Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.

Emin Abbasov ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bildirib ki, yeni başqanın gəlişi ilə bölgə futbolu ayağa qalxacaq.

O, Axundovun iddialı insan olduğunu, çalışdığı hər yerdə müsbət nəticələr qazandığını bildirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti