COP29

BOS-un qapıları bağladı, Premyer Liqa klubları fərqli məkanlara MÖHTAC QALDI

1 Avqust 22:40 Araz-Naxçıvan 950
BOS-un qapıları bağladı, Premyer Liqa klubları fərqli məkanlara MÖHTAC QALDI

BOS-un qapılarının klublarımızın üzünə bağlanmasını xəbər vermişdik.

Bunun səbəbi noyabrda ölkəmizdə keçiriləcək "COP29" tədbiridir.

Sayca 29-cu olan tədbirin hazırlıqlarına indidən start verilib və bu proses dekabra qədər davam edəcək.

Belədə idman qurğusunun futbol meydançalarından istifadə edən "Zirə", "Turan Tovuz" və "Araz Naxçıvan" özünə yeni məkan tapmaq məcburiyyətində qalıb.

"Qartallar" və Tovuz təmsilçisinin müvəqqəti olaraq "Qarabağ"a məxsus "Azərsun Arena"nın ehtiyat meydançasına sığınmasını məlumat vermişdik.

Muxtar respublika klubu isə fərqli qərar verib.

Ev oyunlarını Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirəcək Elmar Baxşıyevin kollektivi hazırlıqlarını Sumqayıtda keçməli olacaq.

Klub adıçəkilən şəhərdə yerləşən "Kapital Bank Arena"nın yardımçı meydaçasının xidmətinə ehtiyac duyub.

Maraq üçün bildirək ki, "Araz" Premyer Liqanın 1-ci turunda "Qarabağ"ı qonaq edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti