COP29

Naxçıvan komandası “Qarabağ”la oyuna 1 itki ilə hazırlaşır

30 İyul 01:50 Araz-Naxçıvan 828
Naxçıvan komandası “Qarabağ”la oyuna 1 itki ilə hazırlaşır

Ərzurum şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “Araz-Naxçıvan” “Qarabağ”la keçirəcəyi matçın hazırlığını davam etdirir.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, bu gün növbəti məşqinə çıxan “qırmızı-ağlar” əvvəlcə məşqçi Teodor Terzievin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetiriblər.

Ardınca komanda üzvləri baş məşqçi Elmar Baxşıyevin taktiki planda tapşırıqlarını icra ediblər. Heyətdə yeganə zədəli futbolçu Ramin Nəsirlidir. Yarımmüdafiəçi müalicə prosesi keçir.

“Araz-Naxçıvan” Misli Premyer Liqasının yeni mövsümünə avqustun 2-də start verəcək. Komanda “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək.

Saat 20:00-da başlayacaq matç CBC Sport-la canlı yayımlanacaq. Oyuna giriş sərbəst olacaq.

Digər Xəbərlər
Xəbər Lenti