COP29

Azərbaycana yeni ayaq basan braziliyalı: “Bəlkə də buna görə…”

15 İyul 21:00 Araz-Naxçıvan 904
Azərbaycana yeni ayaq basan braziliyalı: “Bəlkə də buna görə…”

“Qol vurmağı hər bir futbolçu sevir, ancaq indiyə qədər oynadığım komandalarda daha çox müdafiəyə kömək etmişəm.

Bəlkə də buna görə məhsuldarlıq aşağı olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yeni transferi Karlos Jatoba deyib.

Muxtar Respublika təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə 2024/2025 mövsümünün sonuna qədər olan müqaviləyə imza atıb.

Braziliyalı legionerin sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub.

İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “San Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.

O, 28 yaşına qədər bir çox klubların şərəfini qorusa da, məhsuldarlığı aşağıdır. 200-ə yaxın oyunda 7 qol və 5 assist zəif göstəricidir.

“Sambaçı” bu haqda aşağıdakıları söyləyib:

“Artıq böyük təcrübəyə sahibəm. Hücumlara çox qoşulsam, məhsuldarlığım artar.

Futbolçu özünü komandada rahat hiss edəndə qol və assist sayı da çoxalır. “Araz-Naxçıvan”da bu mənada effektliyimi artıracağıma inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti