COP29

"Uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”

13 İyul 19:20 Araz-Naxçıvan 637
"Uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”

“Arar-Naxçıvan” təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirir.

Sportinfo.az xəbər verir ki, iyulun 10-dan etibarən qardaş ölkədə olan komandanın yeni transferlər Benny və Felipe Santos da “qırmızı-ağlar”ın düşərgəsindədir.

Baş məşqçi Elmar Baxşıyev hazırlıqlı bağlı fikirlərini klubun mətbuat xidmətnə:

“Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər.

Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Təbii ki, hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.

Çalışdırıcı komandanın düşərgəsinə Türkiyədə qoşulan Benny və Felipe Santosla bağlı da danışıb:

“Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir.

Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.

E. Baxşıyev zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirdi:

“Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi.

Buna görə də komanda ilə birgə Erzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.

Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da “Alanyaspor”la yoxlama matçı keçiriəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bundan sonra daha 2 matçda gücünü sınayacaq komandamız iyulun 25-də Bakıya dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?