COP29

“Araz-Naxçıvan” Superliqadan hansı klubla qarşılaşacaq?

12 İyul 22:40 Araz-Naxçıvan 853
“Araz-Naxçıvan” Superliqadan hansı klubla qarşılaşacaq?

İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Erzurumda reallaşdırır.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda reallaşdırılıb.

Yeni transferlərdən Benny də artıq komandanın düşərgəsindədir.

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək.

Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və sparrinq-rəqiblər barədə əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?