COP29

“Yaxşı əlaqələrə sahib olmalısan, məndə həmin əlaqələr yox idi” – SƏMİMİ ETİRAF

12 İyul 16:40 Araz-Naxçıvan 1 169
“Yaxşı əlaqələrə sahib olmalısan, məndə həmin əlaqələr yox idi” – SƏMİMİ ETİRAF

“Araz-Naxçıvan”ın yeni transferi Karlos Jatoba vaxtilə xoş gələcək və edib.

Gənc yaşlarında “Fiqueyrense”nin əsas komandası ilə məşqlərə qatılmasına baxmayaraq, orada debüt etmək imkanı olmayıb.

Halbuki potensialı A Seriyasında oynamağa imkan verirmiş.

Buna baxmayaraq, sonradan Braziliyanın B Seriyasında “Clube de Regatas Brasil” və “Londrina”nın uğurları üçün tər töküb.

Jatoba Sportinfo.az-a açıqlamasında elitada şans qazana bilməməsinin səbəbini deyib, cavanlıq səhvlərindən söz açıb:

“Braziliyanın B Seriyasının səviyyəsi bir çox Avropa ölkələrinin əsas liqasına bərabərdir. Etiraf edim ki, orada oynamaq da hər futbolçuya nəsib olmur.

A Seriyasında çıxış etmək heç də asan deyil. Burada söhbət təkcə səviyyəli futbolçu olmaqdan getmir.

Həm də yaxşı əlaqələrə sahib olmalısan. Təəssüf ki, məndə həmin əlaqələr yox idi.

Sözsüz, belə alınmasında öz günahım da olub. Elitada oynamaq üçün daha çox çalışmaq, daha çox artırmaq lazım gəlirdi.

Hazırda 28 yaşındayam və böyük təcrübəyə sahibəm. Futbol mentalitetim yüksəlişə doğru çox dəyişlib.

Bəlkə də indiki təcrtübəm bir neçə il əvvəl olsaydı, A Seriyasında oynaya bilərdim. Ancaq hələ də gec deyil (gülür)”.

Ötən mövsüm Rumıniyada “Politexnika Yaşi”nin şərəfini qorumuş yarımmüdafiəçi “Araz-Naxçıvan”la 2025-ci ilin iyununa qədər müqavilə bağlayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?