COP29

“Qarabağ”la “Neftçi”nin futbolçuları ona nə məsləhət verib?

9 İyul 21:20 Araz-Naxçıvan 1 890
“Qarabağ”la “Neftçi”nin futbolçuları ona nə məsləhət verib?

“Araz-Naxçıvan”dan təklif alanda Azərbaycandakı tanışlarımla əlaqə saxladım”.

Muxtar Respublika təmsilçisinin yeni transferi Karlos Jatoba Sportinfo.az-a açıqlamasında aldığı təklifi dəyərləndirməsini şərh edib.

Onun köməyinə daha öncə yaxından tanıdığı həmyerliləri çatıb. Jatobaya düşünmədən Bakıya gəlməyi məsləhət görüblər.

Braziliyalı yarımmüdafiəçi qərar qəbul edərkən bu amilə önəm verdiyini gizlətməyib:

“Azərbaycan Premyer Liqasında çıxış edən tanışlarım var. Biri “Qarabağ”dakı Mateus Silvadır, digəri “Neftçi”də oynayan Yuri Matias.

“Araz-Naxçıvan”dan təklif alandan sonra ölkə haqqında kiçik araşdırmalar apardım, daha sonra Mateusla Yurini yığdım. Onlar mənə çempionat, ölkə və insanlar haqqında yalnız xoş sözlər söylədilər.

Üç gündür Bakıdayam və bu müddətdə onların dediklərinin həqiqət olduğunu görməkdəyəm”.

29 yaşlı yarımmüdafiəçinin sonuncu klubu Rumıniyada “Politexnika Lasi” olub. Naxçıvanlılar Jatoba ilə mövsümün sonuna qədər anlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?