COP29

“Benfika”lı oyunçunun transferi bitdi – Qazancı nə olacaq?

9 İyul 12:40 Araz-Naxçıvan 3 534
“Benfika”lı oyunçunun transferi bitdi – Qazancı nə olacaq?

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Bernardo Oliveyra Dias (Benni) 2024/2025 mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

Beləcə saytımızın 3 gün öncə yaydığı xəbər rəsmi səviyyədə təsdiqlənib.

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib.

Benni buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeyras”, “Belenenseş”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

O, Azərbaycanda keçirəcəyi 1 ildə nə qədər pul qazanacaq? Təqribən 150 min dollar civarında.

“Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb.

Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?