COP29

Bombardir niyə heç kimə lazım deyil?

11 İyul 22:20 Araz-Naxçıvan 3 776
Bombardir niyə heç kimə lazım deyil?

Orxan Əliyev 2023/24 mövsümünü "Araz Naxçıvan"ın bombardiri kimi tamamladı.

28 yaşlı hücumçu bütün turnirlər daxil meydana çıxdığı 36 oyunda 13 qol, 4 asistlə yadda qaldı.

Əslində "Araz Naxçıvan" onu komandada saxlamaqda maraq idi.

Əlavə olaraq "Səbail" və "Şamaxı" da onun xidmətində maraqlıydı.

Düşünmək olardı ki, 3 klubdan biri "10 nömrə"nin yeni ünvanı olacaq.

Amma yeni mövsümün startına 1 aydan az vaxt qalmış təcrübəli futbolçu hələ də klubsuzdur.

Muxtar respublika təmsilçisindən ayrılan forvard hazırda azad agentdir. Yerli klublarla anlaşa bilməyən ön xətt futbolçusu xarici klublardan dəvət gözləyir.

Əldə etdiyimiz məlumata görə, yaranmış mənzərə təsadüf deyil.

Orxanın daha çox qazanmaq istəyi klubları ondan üz döndərməyə vadar edib.

"Sumqayıt"ın yetirməsi onunla təmasa keçən klublardan yüksək maaş tələb edib.

Söhbət illik 100 min manatlıq şərtdən gedir.

Bunu isə heç bir təmsilçimiz ona verməkdə həvəsli olmayıb.

Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qorumuş futbolçu “Araz-Naxçıvan”dan əvvəl “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Qaradağ-Lökbatan”ın şərəfini qoruyub, Gürcüstan “Sioni”sində legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti