COP29

Yenilər ümid verdi, iki nəfər xəstələndi, sürpriz qonaq göründü – 3:1

8 İyul 23:40 Araz-Naxçıvan 1 804
Yenilər ümid verdi, iki nəfər xəstələndi, sürpriz qonaq göründü – 3:1

Yeni mövsümə hazırlaşan “Araz-Naxçıvan” toplanışın ilk mərhələsində yoldaşlıq görüşündə qüvvəsini sınadı.

Premyer Liqa təmsilçisinin rəqibi Zaur İsmayılovun çalışdırdığı “Araz-Naxçıvan-2” idi.

Bakı Olimpiya Stadionunun əsas meydanında baş tutan sınaq matçını izləyənlər arasında Miloş Yevtiçin olması diqqətimizi çəkməyə bilməzdi.

Ötən mövsüm Naxçıvan təmsilçisinin məşqçilər heyətində yer alan, qarşıdakı “futbol ili”ndə Kaxaber Tsxadadzenin çalışdırdığı “Qəbələ”də fəaliyyət göstərəcək fiziki hazırlıq üzrə məşqçinin gəlişi sual yaratmaya bilməzdi.

Ağlıma ilk gələn Yevtiçin “Qəbələ” ilə anlaşa bilmədiyi və “Araz-Naxçıvan”a qayıdışı idi. Özü ilə maraqlananda keçmiş komandasının oyununa sadəcə azarkeş kimi baxmaq istədiyinə görə BOS-a təşrif buyurduğunu bildirdi.

Qarşılaşmaya gəlincə, Elmar Baxşıyev əsas komandanın daha çox hücum edəcəyini düşünərək Kristian Avramı əvəzedici komandanın qapısına göndərib, “çərçivə”ni Vüsal Şabanova tapşırmışdı.

Müdafiənin sol cinahında Ürfan Abbasov, sağ qanadında Elçin Mustafayev yer almışdısa, arxa xətiin mərkəzi İqor Ribeyro ilə Bəxtiyar Həsənalızadəyə tapşırlmışdı.

Dayaq yarımmüdafiəçisi kimi Vadim Abdullayevlə Vanderson oynayırdı. Oyun qurucusu məövqeyində yeni transfer Karlos Jatoba, orta sahənin sağında Ramin Nəsirli, solunda Nunu Rodriqes şans qazanmışdı. Qol vurmaq tapşırığının öhdəsindən Ülvi İsgəndərov gəlməliydi.

Yeri gəlmişkən, səhhətində problem olduğu üçün Miço Kuzmanoviçlə Ömər Buludovun meydana çıxa bilməyəcəyi əvvəldən məlum idi.

Hesabı açan tərəf baxımlı qolla əvəzedici komanda oldu. Premyer Liqa təmsilçisi çox keçmədən yeni transfer Ülvinin dəqiq zərbəsi ilə bərabərliyi təmin etdi və ilk hissə 1:1 hesabı ilə tamamlandı.

Fasilədən sonra fəallığı və təzyiqi artıran Baxşıyevin komandasını Vanderson hesabda önə çıxardı. Ardınca ötən mövsüm “Qəbələ”də kapitan sarğısını daşıyan Ürfan Abbasov uzaq “doqquzluğ”u dəqiq nişan almaqla yekun nəticəni müəyyənləşdirən qolun müəllifi oldu – 3:1.

3 qoldan 2-sinə yenilərin imza atdığı matçda braziliyalı Jatobanın oyunu maraq doğururdu. Orta sahə üzvünün komandada yeni olması ötürmələr zamanı aşkar hiss olunurdu. Lakin topla davranışları və meydandakı hərəkətliliyi baxımından “Araz-Naxçıvan”a faydalı olacağını düşünməyə əsas verdi. Hər halda kollektivə cəmi 3 gün əvvəl qoşulub, “suda balıq” olması üçün zamana ehtiyac duyur.

Bununla da 10 günlük Bakı toplanışı başa çatdı. İyulun 9-da istirahət edəcək məşqçi və futbolçu heyəti ertəsi hazırlığın ikinci hissəsi üçün Türkiyəyə yola düşəcəklər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?