COP29

Yeni transferdən iddialı açıqlamalar: Əgər bir olsaq, bir-birimiz üçün “döyüşsək”..."

7 İyul 18:10 Araz-Naxçıvan 1 229
Yeni transferdən iddialı açıqlamalar: Əgər bir olsaq, bir-birimiz üçün “döyüşsək”..."

Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi Karlos Jatoba ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi artıq 3 gündür komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir.

Futbolçu klubun mətbuat xidmətinə açıqlamasında "qırmızı-ağlar"ı seçmə səbəbini belə izah edib:

"İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı.

Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim. Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burada olmaqdan xoşbəxtəm”.

İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlik olmağın önəmini vurğulayıb:

“Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək yaxşı nəticələr qazanacağıq”.

Jatoba Azərbaycan çempionatı haqda da danışıb:

“Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqanda oyun sayı çoxdur.

Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var.

Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir.

Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.

28 yaşlı futbolçu “Londrina”, “Dunav”, “Sportinq B”, “Sao Bento”, “Politexnika Yaşi” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?