COP29

“Sportinq”in sabiq mərkəz yarımmüdafiəçi Azərbaycanda

5 İyul 16:00 Araz-Naxçıvan 2 345
“Sportinq”in sabiq mərkəz yarımmüdafiəçi Azərbaycanda

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” braziliyalı mərkəz yarımmüdafiəçi Karlos Jatoba ilə anlaşıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçib və mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

Onun sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub.

İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.

“Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq