COP29

Bu legionerin atası vəfat etdi, ölkəmizə dönüşü uzandı

4 İyul 19:00 Araz-Naxçıvan 1 618
Bu legionerin atası vəfat etdi, ölkəmizə dönüşü uzandı

"Araz Naxçıvan" yeni mövsümün hazırlıqlarına ötən ayın 28-i Bakıda start verdi.

Komandanın ötən mövsüm ən yaxşı futbolçularından biri olan Miço Kuzmanoviç isə dünən kollektivə qoşulub.

Bosniya Herseqovinalı legionerin düşərgəyə 4 gün gec gəlməsi səbəbsiz deyil.

28 yaşlı yarımmüdafiəçinin atası dünyasını dəyişib.

O, bu səbəbdən məşqçilər korpusundan bir neçə günlük ona icazə verilməsini xahiş edib.

Və cavabında orta sahə oyunçusunun istəyinə müsbət reaksiya verilib.

Bosniyalı oyunçu ötən ilin yayından Muxtar Respublika klubunda çıxış edir.

Onun başa çatan müqaviləsi ötən ay artırılıb.

Miço Kuzmanoviç 2023/24 mövsümü Premyer Liqada meydana çıxdığı 34 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti