COP29

Millimin müdafiəçisi karyerası ilə bağlı SON QƏRARını verdi

3 İyul 22:20 Araz-Naxçıvan 2 568
Millimin müdafiəçisi karyerası ilə bağlı SON QƏRARını verdi

Milli komandamızın üzvü Bəxtiyar Həsənalizadənin yeni mövsümə harada başlayacağı qətiləşib.

Bir neçə yerli klubun xidmətində maraqlı olduğu müdafiəçi sonda "Araz Naxçıvan"la anlaşmağa qərar verib.

31 yaşlı futbolçu artıq Muxtar Respublika klubunda məşqlərə qoşulub.

Hələlik fərdi hazırlıq keçən futbolçu qısa müddət sonra kollektiv çalışmalara qatılacaq.

“Sumqayıt”ın yetirməsi daha əvvəl “Zirə” və “Sabah”ın şərəfini qoruyub.

O, ötən yay ilk dəfə legioner həyatı yaşamaq üçün Türkiyəyə yollanıb.

Həmyerlimiz son mövsümü qardaş ölkə təmsilçisi “Tuzlaspor”da keçirib.

O, burada meydana çıxdığı 19 matçda 1 qol, 1 assistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti