COP29

Gəl, 1 il də bizdə oyna!

26 İyun 19:00 Araz-Naxçıvan 3 653
Gəl, 1 il də bizdə oyna!

Yaxınlarda “Zirə“dən ayrılan Sezar Meza Kolli yenidən Azərbaycana qayıda bilər.

“Araz-Naxçıvan“ paraqvaylı yarımmüdafiəçiyə dəvət göndərib. 33 yaşlı legionerə birillik müqavilə təklif edib.

Cənubi amerikalı ölkəmizdə uzun iləlr keçirib. Hələ 13 il öncə ilk dəfə Azərbaycana təşrif buyuran Sezar «İnter»in formasını geyinib.

Həmçinin «Keşlə» və «Neftçi»nin uğurları üçün tər töküb.

“Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov, Ülvü İsgəndərov və Turan Vəlizadə ilə müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti