COP29

Braziliyalı hücumçunun Azərbaycana qayıtmasına nə mane olur?

25 İyun 20:40 Araz-Naxçıvan 3 978
Braziliyalı hücumçunun Azərbaycana qayıtmasına nə mane olur?

Köklü dəyişikliklərə məruz qalan “Araz-Naxçıvan” növbəti mövsüm üçün heyətdəki boşluqları doldurmağa çalışır.

Yay fasiləsində 13 futbolçu ilə yolların ayrılması klub rəhbərliyini fəal olmağa səsləyir.

Sportinfo.az xəbər verir ki, siyahıda adı olan futbolçulardan biri də Ramon Maçadodur.

Naxçıvan təmsilçisi 2022/23 mövsümündə “Qəbələ”də Elmar Baxşıyevin rəhbərliyi alrında oynamış braziliyalı forvardla yaxından maraqlanır.

Ramon yenidən Azərbaycanda oynamağa qarşı deyil. Futbolçunun Malaziya təmsilçisi “Sabah”la 2025-ci ilin mayına qədər müqaviləsinin olması Maçadonun Premyer Liqaya dönüşünü əngəlləyir.

“Araz-Naxçıvan” ona görə transfer haqqı ödəmək gücü yoxdur. İzdivacın baş tutması üçün braziliyalı klubu ilə razılığa gəlib azad agent statusuna çevrilməlidir.

Bu isə kifayət qədər çətin, hətta mümkünsüz görünür.

Ramon Maçado Azərbaycanda oynadığı dönəmdə “Neftçi”ylə “Qəbələ”nin formasını geyinib. Hər iki komandanın heyətində meydana çıxdığı 60 oyunda vurduğu 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti