COP29

Bu şərtlə Azərbaycana qayıtmağa razılaşdı - Hər ay 14 min dollar qazanacaq

21 İyun 15:00 Araz-Naxçıvan 12 226
Bu şərtlə Azərbaycana qayıtmağa razılaşdı - Hər ay  14 min dollar qazanacaq

Ötən mövsümü «Səbail»də forma geyinən Pedro Nuno karyerasını «Araz-Naxçıvan»da davam etdirəcək.

Portuqaliyalı legioner Muxtar Respublika təmsilçisinin son təklifi ilə razılaşıb.

Yarımmüdafiəçi ağ-qırmızı formayla keçirəcəyi hər aya görə 14 min dollar əməkhaqqı alacaq. Bu, 1 il belə davam edəcək.

“Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov, Ülvü İsgəndərov və Turan Vəlizadə ilə müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?