COP29

“Deyəsən, ona başqa təkliflər də var, cavab gözləyirik”

19 İyun 18:35 Araz-Naxçıvan 1 213
“Deyəsən, ona başqa təkliflər də var, cavab gözləyirik”

“Biz onunla maraqlanırıq və artıq öz təklifimizi də etmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın icraaçı direktoru Eldəniz Yusifov deyib.

Muxtar Respublika təmsilçisinin idarəçisi son mövsümü “Səbail”də keçirmiş Pedro Nunonun transferi ilə bağlı yaydığımız xəbəri təsdiqləyib.

Təcrübəli funksioner hazırda azad agent statusu daşıyan portuqaliyalı yarımmüdafiəçidən cavab gözlədiklərini bildirib:

“O, bizim diqqətimizi çəkən bir neçə legionerdən biridir. Meneceriylə əlaqə saxlamışıq.

Deyib ki, Pedro hazırda istirahətdədir. Deyəsən, ona başqa təkliflər də var. Bir neçə günə cavab verməlidirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?