COP29

“Yox-yox, Azərbaycanda qalmaq istəmirəm” – Premyer Liqada adından söz etdirən

19 İyun 22:05 Araz-Naxçıvan 5 227
“Yox-yox, Azərbaycanda qalmaq istəmirəm” – Premyer Liqada adından söz etdirən

Ötən mövsüm Premyer Liqada 9, Azərbaycan kubokunda vurduğu 4 qolla komandasının ən məhsuldar futbolçusu olan Orxan Əliyev karyerasını başqa klubda davam etdirəcək.

28 yaşlı hücumçu yeni iş yerini müəyyənləşdirməyib, hələ ki, axtarışlarını davam etdirir.

Səbəbkar Sportinfo.az-a verdiyi müsahibədə “Araz-Naxçıvan”dan ayrılmasından bəhs edib, Azərbaycanda oynamaq istəməməsinin səbəblərini deyib.

- Klubsuzsan. Nə yenilik var?

- Açığı, bu günə elə bir məlumat yoxdur. Bakıya yeni qayıtmışam, gözləyirəm, görək nə olacaq.

- Danışıq apardığın klublar var?

- 2-3 klub var, fərqli menecerlərin vasitəsi ilə onlarla təmasdayam. Ən yaxşı variantı seçməklə doğru qərar vermək istəyirəm.

- Azərbaycanda?

- Yox-yox, burada qalmaq istəmirəm.

- Niyə?

- Buradakı insanlarla işləmək çətindir. İşə və insanlara yanaşmaları, davranışları ürəyimcə deyil. Ona görə də ən yaxşısı başqa ölkədə oynamaqdır.

- “Araz-Naxçıvan”la həmin adamlara görə anlaşa bilmədin, yoxsa maliyyədə razılığa gəlmədiniz?

- “Araz-Naxçıvan”la sırf pul məsələsində razılaşmadıq.

- Bəlkə istədiyin pulu başqa Azərbaycan klubu verəcək, onda necə?

- Elə olsa, oturub danışa bilərik. Hələ ki, gözləyirəm.

- Deməli, problem insanların davranışında və işə yanaşmasında yox, istədiyin maaşı verməmələrindədir.

- Hər ikisi səbəbdir. Mən ümumi mənada dedim. Məni razı salmayacaq yerdə olmaq istəmirəm.

- Premyer Liqa klublarından danışıq apardıqların olub?

- Bəli, var idi. İlk söhbətdəcə imtina etdim. Dediyim kimi, şərtlər ürəyimcə deyil. Hazırda burada heç bir klubla danışıq aparmıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?