COP29

Bombardir Premyer Liqa klubundan möhlət istədi

24 May 22:20 Araz-Naxçıvan 2 147
Bombardir Premyer Liqa klubundan möhlət istədi

"Araz Naxçıvan"ın hücumçusu Orxan Əliyev gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir.

Əbəs deyil ki, o, hazırkı klubundan aldığı yeni müqavilə təklifinə hələ də cavab verməyib.

Buna səbəb bu mövsüm Premyer Liqada vurduğu 9 qolla "Araz"ın bombardiri olan 28 yaşlı futbolçunun başqa təkliflər almasıdır.

O, yekun qərarını verməsi üçün Muxtar Respublika klubundan möhlət istəyib.

Orxan Əliyev bu sezon meydana çıxdığı 36 oyunda 13 qol, 4 asistlə yadda qalıb. 4 qol və 1 qol ötürməsi Ölkə Kubokunun payına düşür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?