COP29

Azərbaycanlı müdafiəçi Slovakiya klubundan təklif aldı - SON DƏQİQƏ

20 May 14:20 Araz-Naxçıvan 4 176
Azərbaycanlı müdafiəçi Slovakiya klubundan təklif aldı - SON DƏQİQƏ

«Araz-Naxçıvan»ın müdafiəçisi Turan Manafov karyerasını ölkə xaricində davam etdirmək fürsəti yaxalayıb.

1998-ci il təvəllüdlü oyunçu Slovakiyaya yollana bilər.

Vaxtilə UEFA Kubokunda «Karvan»ın rəqibi olmuş «Spartak» gənclər yığmamızın sabiq üzvünə təklif göndərib. Trnava təmsilçisi onunla 2 illik müqavilə imzalamaq niyyətindədir.

Manafovun «Araz»dan ayrılmaq ehtimalı böyükdür.

Azər Bağırovun dönəmində əsas heyətin vazkeçilməz isimləri arasında yer alan cinah oyunçusu baş məşqçi dəyişikliyindən sonra mövqeyini itirib.

Elmar Baxşıyev bir neçə nəfərin üstündən xətt çəkib, Turan da həmin siyahıdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?