COP29

“Dəyişiləsi çox şey var, amma komandanın özəyini saxlamaq lazımdır”

11 May 19:50 Araz-Naxçıvan 506
“Dəyişiləsi çox şey var, amma komandanın özəyini saxlamaq lazımdır”

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 34-cü turunda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda yaxşı mübarizə apardı. Komandalar meydanın hər zonasında əzmkarlıq göstərməyə çalışırdı. Neçənci oyundur ki, epizodları dəyərləndirə bilmirik. Amma yarım epizoddan qol buraxırıq. Dəyişiləsi çox şey var. Amma bu komandanın özəyini saxlamaq lazımdır. Qarşıdakı iki oyunu düşünüb çempionatı başa vurmalıyıq.

- Epizodları dəyərləndirə bilməməyin səbəbi nədir?

- Rəqibin istəksiz olduğunu düşünmürəm. Meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Epizodları dəyərləndirməmək ayrı mövzudur. Bəzən konsentrasiya, bəzən də keyfiyyət lazım olur. "Araz-Naxçıvan" Premyer Liqada yeni komandadır. Daha da yaxşı olmağa cəhd etmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?