COP29

Premyer Liqa klubu yığmanın sabiq hücumçusuna Azərbaycana qayıtmağı təklif etdi

17 Fevral 21:20 Araz-Naxçıvan 4 332
Premyer Liqa klubu yığmanın sabiq hücumçusuna Azərbaycana qayıtmağı təklif etdi

Azərbaycan yığmasının sabiq hücumçusu Əli Qurbano yenidən Premyer Liqaya dönə bilər.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Araz-Naxçıvan” adıçəkilən forvardın xidmətində maraqlıdır.

Muxtar Respublika təmsilçisi 33 yaşlı ön xətt oyunçusuna dəvət göndərib. “Ağ-qırmızılar” ona 1,5 illik müqavilə təklif edib.

Qurbani 2020-2022-ci illəri “Sumqayıt“da keçirib. “Gənclik şəhəri” təmsilçisinin heyətində 42 oyuna 14 qol vuran hücumçu ölkəmizdən ayrılandan sonra İranda “Fulad”ın formasını geyinib.

Canni De Byazinin Azərbaycan millisinə cəlb etdiyi forvard 3 il ərzində 8 dəfə meydana çıxıb, amma qol hesabını aça bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?