Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun “Dalğa Arena”da keçirilib.
Ev matçlarını həmin arenada keçirən “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib.
Orxan Əliyev 90+2-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində "Araz-Naxçıvan"a 1:0 hesablı qələbə qazandırıb.