"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə müqavilə müddətini uzadıb.
Biz bu xəbəri 6-7 gün öncə yaymışdıq - yeni anlaşma 1 illikdir.
Mütəxəssis 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq.
2023/2024 mövsümünün son 7 turunda "Araz-Naxçıvan"ın baş məşqçisi postunda məhz E.Baxşıyev olub.
Muxtar Respublika təmsilçisi onun rəhbərliyi altında 5 məğlubiyyət alıb, 1 heç-heç-heçə edib və yalnız 1 dəfə qalib gəlib.
Martda "Qəbələ"dən uzaqlaşdırılandan az sonra "Araz"da özünə iş tapan çalışdırıcı indi üzərinə böyük məsuliyyət götürüb.
Premyer Liqaya qayıdış ilini 9-cu pillədə başa vuran komandanı gələn sezon avrokuboklara daşımalıdır. Konkret desək, Konfrans Liqasına.
Əslində, naxçıvanlılar bu mövsümə də o iddia ilə başlamışdı. İlk yarını liderlər qrupunda bitirsələr də, yeni ildən sonra çərxi-fələk tərsinə dövran eləmişdi.
SPORTİNFO.AZ