COP29

Azərbaycanda daha bir klubdan bu XƏBƏRİ ALDIQ – SON DƏQİQƏ!

5 Dekabr 2023 09:40 Araz-Naxçıvan 2 525
Azərbaycanda daha bir klubdan bu XƏBƏRİ ALDIQ – SON DƏQİQƏ!

Deyəsən, bu gedişlə, yeni ildə Azərbaycanı tərk edəcək klubları barmaqla sayacağıq.

Qış fasiləsini ölkədə keçirməyə üstünlük verənlərin siyahasına daha bir ad qoşulub.

«Araz-Naxçıvan» dövrələrarası fasilədə Bakıda qalmağa üstünlük verib. Bu qərar baş məşqçi ilə rəsmilər arasında təşkil olunan toplantıda alınıb.

Muxtar Respublika təmsilçisi yanvarın əvvəlində paytaxtda bir araya gələcək və minimum 3 yoldaşlıq görüşündə meydana çıxacaq.

Sparrinq tapmaq? Bu, gərək ki, problem olmasın.

Çünki «Qarabağ», «Zirə» və «Kəpəz»in də Antalya səfərindən imtina etməsi bizə məlumdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti