COP29

"Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır" - Azər Bağırov

1 Oktyabr 2023 22:10 Araz-Naxçıvan 550
"Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır" - Azər Bağırov

“Gərgin oyun oldu. Əbəs yerə deyil ki, "Zirə" bu mövsüm liderdir. Biz bu görüşdə uduza da bilərdik. Amma şükürlər olsun ki, sona qədər mübarizə apardıq, səbirlə müdafiə olunduq və istədiyimiz qolu vurub üç xalı qazana bildik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 8-ci turunun “Zirə”(1:0) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. Bağırov jurnalistlərin suallarını da cavablandırıb.

- Yeni yaranmış komandasınız, ancaq uğurlu çıxış edirsiz. Rahatçılığın qarşısını necə alırsınız?

- Bəlkə də, hər gün futbolçularla fərdi və kollektiv şəkildə danışırıq. Geridə qalan 8 tur ərzində yalnız “Sumqayıt”la ilk 45 dəqiqədə bir az zəif oynadıq. Demək olar ki, ilk yarını rəqibə uduzmuşduq. Qalan matçlarda yaxşı idik. "Qarabağ"a qarşı çox yaxşı oynadıq, "Neftçi" ilə matçda qalib gəldik. Şükürlər olsun ki, futbolçularımız eyforiyaya qapılmayıb.

- “Araz-Naxçıvan” mövsümöncəsi hazırlıq dövrünü ölkə xaricində keçmədi. Üstəlik, ən gec yığılan komanda oldunuz....

- Bunlar artıq geridə qalıb. Biz bəhanə gətirməyi heç vaxt sevməmişik. Hamı toplanışda olanda, biz hələ 12 nəfərlə Bakıda məşq edirdik. Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır. Günlərimiz olub ki, 2-3 saat yatmışıq. Yəni, əvvəl itirdiyimiz vaxtı kompensasiya etmişik. Bu gün qalib gəlsək də, yenə işimiz çoxdur.

Digər Xəbərlər
Xəbər Lenti