COP29

Azərbaycan klubu ilə müqavilə imzalamaq üçün PULUNDAN KEÇDİ

15:00 Araz-Naxçıvan 1 046
Azərbaycan klubu ilə müqavilə imzalamaq üçün PULUNDAN KEÇDİ

"Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirməsindən xəbərdarsız.

Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay +1 illik müqavilə imzalanıb.

27 yaşlı legionerin son klubu “Şerif” olub.

Ərəb Azərbaycana qayıtmaq üçün Moldova klubu ilə 2 illik müqaviləsinə vaxtından əvvəl xitam verib. Kontraktını qarşılıqlı razılaşma əsasında pozan Allaşın orada illik qazancının 180 min avro olmasını bildirək.

Əyyub maliyyə şərtlərində "Araz-Naxçıvan”a xeyli güzəştə gedib. Muxtar Respublika təmsilçisi qarşıdakı 4 ayda ona 15 min dollar əməkhaqqı ödəyəcək.

Növbəti mövsümdə isə məvacibi bir qədər qaldırılacaq.

O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib.

Orta sahə oyunçusu son mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti