COP29

Premyer Liqa komandasında dava-dalaş nəyin üstündə olub?

5 Avqust 11:40 Araz-Naxçıvan 2 934
Premyer Liqa komandasında dava-dalaş nəyin üstündə olub?

«Araz-Naxçıvan» rəhbərliyi «Qarabağ»la matçdan (1:4) sonra baş vermiş insidentlə bağlı araşdırma aparıb.

Belə ki, final fitinin ardından stadionda insident yaşanıb.

Muxtar Respublika təmsilçisinin 2 əməkdaşının mübahisəsi dava-dalaşla nəticələnib.

Olay klubun mühafizə xidmətinin əməkdaşı ilə Orxan adlı tərcüməçi arasında baş verib.

Tərcüməçi gözünün altında zərbə alıb və ona təcili tibbi yardım göstərilib.

Araşdırma nəticəsində məlum olub ki, hadisə ikincinin işinə səhlənkar yanaşması və qarşı tərəfin etirazına etinasız yanaşması üzündən baş verib.

Hər iki çalışana xəbərdarlıq olunub və barışıq əldə edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…