COP29

Rəhbər tələb etdi: "Bu komandanı mənə görə udmalısız"

10 Avqust 13:00 Araz-Naxçıvan 4 016
Rəhbər tələb etdi: "Bu komandanı mənə görə udmalısız"

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçuları ilə görüş keçirib.

O, qardaşı Ramin Axundovun prezidenti olduğu klubun yeni mövsümlə bağlı planlarını müzakirə edib.

Qurumun başqanı komandadan gözləntilərini dilə gətirib.

Premyer Liqanın ilk turunda «Qarabağ»a 1:4 hesablı məğlubiyyəti yaddan çıxarmağı tövsiyə eləyən Z.Axundov bildirib ki, qarşıya qoyulan məqsəd yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

Rəhbər şəxs bu gün «Şamaxı» ilə keçiriləcək çempionat matçında qələbə qazanılmasını istəyib:

«Bu oyunu mənə görə udmalısız. Bilirəm ki, prinsipial bir oyun olacaq.

«Şamaxı»nı udmaq çox vacibdir. Mən sizlərə inanıram. Əminəm ki, məni stadiondan qələbə ilə yola salacaqsız».

«Şamaxı» keçmiş «Keşlə»nin bazası əsasında formalaşdırılıb. Hansı ki, həmin klubun Müşahidə Şurasının sədri məhz Z.Axundov olub.

İş adamı bir neçə il şəxsi vəsaitini «Keşlə»nin yolunda xərcləyib.

2022-ci ilin yazında klub Şamaxıya köçüb və adını dəyişib. Ondan sonra naxçıvanlı funksioner də postundan gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…