“Araz Naxçıvan” bu gün Premyer Liqada ikinci matçına çıxacaq.
Açılış həftəsində “Qarabağ“a 1:4 hesabıyla uduzan Muxtar Respublika təmsilçisi bu tur “Şamaxı“ ilə üz-üzə gələcək.
“Ağ-qırmızılar“ qarşıdakı görüşdə Karlos Jatobanın xidmətindən istifadə edə bilməyəcək. Bu barədə saytımıza klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib. onun dediyinə görə, yeni transfer sıradan çıxıb.
O, məşqdə zədə aldığı üçün hazırlığı yarımçıq dayandırıb. İtaliya vətəndaşı olan braziliyalı legioneri dabanından xəsarət alıb.
Əzələsi cırılan 29 yaşlı yarımmüdafiəçi minimum 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
SPORTİNFO.AZ