COP29

Ona bu qədər böyük pul alıb verirlər… DƏYƏRMİŞ!

18:00 Araz-Naxçıvan 989
Ona bu qədər böyük pul alıb verirlər… DƏYƏRMİŞ!

«Araz-Naxçıvan» cari mövsüm çempionluq uğrunda aparmır və aparmayacaq da.

Elmar Baxşıyevdən istənilən bu deyil: o, Muxtar Respublikanın komandasını Avropaya aparmalıdır.

Hər ay 1 transfer edən, son olar Sezar Meza Kolli və Qara Qarayevlə güclənən «Araz»ın medallara iddiası yetərincə ciddidir.

Baş məşqçiyə hər tərəfdən kömək var - onu vəzifəyə gətirən çekrələrdən də, klubun rəhbərliyindən də, AFFA və PFL-dən də, hakimlərdən də.

Premyer Liqada ikinci belə məşqçi yoxdur və olması da gözlənilmir. Baxşıyev əlinə düşən imkandan yaxşı istifadə edir, ona göstərilən etimadı doğrultmaqdan ötrü gecə-gündüz çalışır.

«Neftçi» ilə matç bunu bir daha təsdiqlədi. «Araz» oyuna qəşəng başladı, qəşəng də bitirdi. Kompakt və ağıllı oynadılar.

Samir Abasovdan qorxmadılar, qorxuzdular. Erkən qol «gəlirəm» söyləməsə də, hər halda ən vacib anda fərqləndilər.

Felipe Santos 7-ci turdan bəri qollarını sıralayır. Artıq bombardirlər yarışmasının zirvsəsindədir.

Baxşıyev «Qəbələ»də birgə çalışdığı braziliyalı hücumçunu 1 ildən sonra Azərbaycana qaytarmaqla və ən çox maaşı ona verdirməklə səhv etməyib.

Felipenin həmyerlisi Ramon Maçado ilə tandemi əla alınır. Mən hər məşqçiyə belə hücum dueti arzulayıram.

«Araz-Naxçıvan» layiqli qələbə qazandı. Ötən turlarda hakimlərin köməyindən maksimum yararlanmış komandaya bu dəfə Rəşad Əhmədovun yardım əlini uzatmasına ehtiyac qalmadı.

Hər şeyi özləri etdilər.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti