"Araz-Naxçıvan"ın Alan Lima Kariusa dəvət göndərməsindən xəbərdarsız.
Premyer Liqanın qış fasiləsinə ikinci pillədə çıxan Muxtar Respublika təmsilçisi hazırda Səudiyyə Ərəbistanının birinci liqasında “Əl-Ədalah”ın formasını geyinən braziliyalıya 6 aylıq+1 illik müqavilə təklif edib.
Cənubi amerikalı legionerin ərəblərlə müqavilə müddəti 2025-ci il iyulun 5-nə qədərdir.
Lakin o, bu ölkəyə uyğunlaşmaqda çətinlik çəkir. Üstəlik, ailəsi də mühiti dəyişməkdən ötrü Alana təzyiq göstərir.
“Əl-Ədalah” rəhbərliyi bütün bunlardan xəbərdardır və təzminat almadan 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşmağa hazırdırlar.
«Sambaçı» bura gəlməkdən ötrü 15 min dollar əməkhaqqı tələb edir.
Klubdan əldə etdiyimiz son məlumata görə, Alan Lima Kariusa 11 min dollar təklif olunub.
İlk 6 ayda bu məbləğə oynamağa razılaşsa, yayda maliyyə şərtləri yenidən müzakirəyə çıxarılacaq və böyük ehtimalla, artım ediləcək.
Odur ki, «sambaçı» yekun qərarını vermək üçün vaxt istəyib. “
Vasko da Qama”nın yetirməsi peşəkar karyerasına “Volta Redondo”da başlayıb. “LASK Linz”, “Vila Nova”, “Sankt-Pölten”, “Kasımapaş”, “Tuzlaspor”, “Kyoto Sanqa” və “Əl-Najma” kimi klublarda çıxış edib.
SPORTİNFO.AZ