!["Araz-Naxçıvan"ın 3 problemli futbolçusu məşqə çıxmadı](https://www.sportinfo.az/media/2025/02/09/476961886_1263056872013013_8920265974005468604_n_11739030957.jpg)
"Zirə" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra "Araz-Naxçıvan" məşqlərini bu gün bərpa edib.
Sportinfo.az xəbər verir ki, soyuq. qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib.
Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb.
"Araz-Naxçıvan" Milsi Premyer Liqasının XXII turunda "Kəpəz"lə qarşılaşacaq. Fevralın 10-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.