COP29

"Bizim üçün düşmən kimdirsə, mənim üçün də…" - ŞOK!

15 Avqust 11:40 Araz-Naxçıvan 1 495
"Bizim üçün düşmən kimdirsə, mənim üçün də…" - ŞOK!

Naxçıvan Futbol Federasiyasının yeni prezidenti Zaur Axundovun «Araz-Naxçıvan»ın futbolçuları il görüşündə onları necə motivasiya etməsi məlum olub.

O, Premyer Liqanın 2-ci turunda «Şamaxı» ilə keçirilən matçdan öncə komandayla görüşərək, bəzi fikirlər söyləyib.

Axundov «bizim üçün düşmən kimdirsə, «Şamaxı» da mənim üçün odur» deyib.

Regionun futbol həyatına məsul şəxs bildirib ki, bu klubla xüsusi prinsipi var və heç bir halda xal itkisini qəbul etməyəcək.

Axundov daha sonra 1:0 hesabıyla qalib gələn komandaya mükafat verib.

Ramon Maçadonun qoluyla 3 xal qazanan Muxtar Respublika təmsilçisi 40 min manat irəli düşüb.

«Şamaxı» keçmiş «Keşlə»nin bazası əsasında formalaşdırılıb. Hansı ki, həmin klubun Müşahidə Şurasının sədri məhz Z.Axundov olub.
İş adamı bir neçə il şəxsi vəsaitini «Keşlə»nin yolunda xərcləyib.

2022-ci ilin yazında klub Şamaxıya köçüb və adını dəyişib. Ondan sonra naxçıvanlı funksioner də postundan gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…