COP29

Azərbaycan klubundan daha bir transfer – SON DƏQİQƏ

7 İyul 09:50 Araz-Naxçıvan 6 091
Azərbaycan klubundan daha bir transfer – SON DƏQİQƏ

"Araz-Naxçıvan" növbəti transferini həyata keçirib.

Muxtar Respublika təmsilçisi Felipe Santosu Azərbaycana qaytarıb.

"Hapoel"in yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.

Ötən ilin yayında "Qəbələ"dən Hayfa təmsilçisinə yollanmış braziliyalı, beləcə, ikinci dəfə Azərbaycana dönüb.

Bunun səbəbinin maliyyə şərtləri ilə əlaqəsi yoxdur. "Sambaçı" müharibə şəraitinə görə daha İsraildə qalmaq istəməyib.

Qəzza bölgəsində HƏMAS-la davam edən döyüşlər cənubi amerikalı legionerin yuxusunu qaçırıb. O. məhz bu üzdən yenidən "Araz-Naxçıvan"la təmas qurub.

İlk dəfə 2022-ci ildə ölkəmizə gəlmiş vingenr "Keşlə" (indiki "Şamaxı") və "Qəbələ"də forma geyinib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə, Karlos Jatoba və Bəxtiyar.Həsənalızadəni heyətinə qatıb,

Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və, Miço Küzmanoviçlə müqaviləni yeniləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?