
«Araz-Naxçıvan» Əyyub Allaşın ardınca daha bir transfer edə bilər.
Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Eldəniz Yusifov məlumat verib.
Muxtar Respublika təmsilçisinin funksioneri bildirib ki, Ramon Maçadonun zədələnməsindən sonra hücum xəttində ciddi boşluq yaranıb:
«Braziliyalı legioner fevralın 7-də zədələnib. «Zirə» ilə oyunda topuğundan xəsarət alıb.
18 gündür həkim nəzarətindədir. Hələ də sərbəst yeriməyə çətinlik çəkir.
Düzdür, topuğundakı şiş çəkilməyə başlayıb, ancaq ona hələ bir müddət lazımdır ki, sağalsın.
Hazırda heç bir oyunçu ilə danışıqlar aparmırıq. Lakin mümkündür ki, tezliklə yeni hücumçu axtarışına çıxaq.
Ümumiyyətlə, zədəlilərimizin sayı çoxdur. Beş-altı nəfər bu səbəbdən komandaya kömək edə bilmir».