Yenə “Qarabağ”dan başqa digər təmsilçiərimiz Avropaya sadəcə iştirak xatirinə çıxıblar.
Bir mövsüm qan-tərə batıb, dava dalaşla ona görə avrokuboklara vəsiqə qazanıblar ki, orada 1, maksimum 2 rəqiblə qarşılaşıb
missiyalarını başa vursunlar. Biz Samir Abbasovu. Rəşad Sadıqovu, eləcə də, Ayxan Abbasov. Aəzr Bağırov. Elmar Baxşıyevi lokal səviyəli məşqçi kimi deyil, ölkə sərhədlərini aşacaq səviyyədə məşqçi görmək istəyiirk.
Niyə Qurban Qurbanovdan sonra bunu bacaracaq ikinci bir məşqçimiz olmasın?
Samir Abbasov. Rəşad Sadıqov, Azərbaycanda əksəriyyət sizi yaxşı məşqçi kimi qəbul edir. Amma sizdən Avropada sözünüzü deməyinizi gözləyirik.
Hanı, o xaricdə keçdiyiniz təcrübə, oxuduğunuz kursların nəticəsi?
Bir dəfə də siz Avropada “qapını elə cırpın” ki, komandanız mübarizəni dayandıranda da, deyək: “Halal olsun, həm özü, həm futbolçuları əlindən gələni etdi”.
Azərbaycan klublarının “evdə xoruz, çöldə fərə” vəziyyəti qaldı 90-cı illərdə, indi azarkeşin də, medianın da tələbi, gözləntisi fərqlidir.
O ki qaldı “Qarabağ”a, bu komanda haqqında, onsuz da, mövsüm ərzində cox danışacağıq.
Enində-sonunda yenə böyük ehtimalla Avropa meydanlarında qalacaq yeganə təmsilçimiz Qurban Qurbanovun “Qarabağ”ı olacaq.
Ona görə hələlik “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibini gözləyək:
Malta təmsilçisi “Hamrun”, yoxsa ötən il yaxından tanış olduğumuz Cəbəllütariq çempionu “Linkoln”?
İlkin Fikrətoğlu