İki fransız reqbiçini onu zorlamaqda və döyməkdə ittiham edən argentinalı qadın xəstəxanaya yerləşdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFP zərərçəkənin vəkilinə istinadən məlumat yayıb.
Hadisə iyulun 7-nə keçən gecə Mendozanın mərkəzi-qərb bölgəsindəki oteldə baş verib.
Müdafiə tərəfinin dediyinə görə, qadının üz, kürək, döş qəfəsi, ayaqları və qabırğalarında xəsarətlər, müxtəlif dişləmə və cızıq izləri aşkar edilib.
Zərərçəkmiş iddia edir ki, bir reqbi oyunçusu ona ən azı 6, digəri isə 1 dəfə təcavüz edib.
Reqbiçilər ittihamları rədd edərək, hər şeyin qarşılıqlı razılıq əsasında olduğunu bildiriblər.